Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Antoni Blinken, həmçinin ABŞ-ın, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.