• Հայ
  • Eng
  • РУС
  • Az
ER SQ bölmələri Azərbaycan mövqeləri istiqamətində atəş açmayıblar: MN ER SQ bölmələri Azərbaycan... 17:13
Mher Qriqoryan Avrasiya İnkişaf Bankı Şurasının növbəti iclasında iştirak edib Mher Qriqoryan Avrasiya İnkişaf... 14:34
Armen Qriqoryan Fransaya səfər edəcək Armen Qriqoryan Fransaya səfər edəcək 10:54
  • Proqramlar
  • Artsaxa qarşı hücum
  • COVİD-19
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Artsax
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dünya
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Azərbaycanda tələbələr etiraz aksiyası təşkil edib
İctimaiyyət
17:1205 May, 2022

Azərbaycanda tələbələr etiraz aksiyası təşkil edib

"Tələbə Gücü Mərkəzi" təşkilatı cümə axşamı Azərbaycanın Təhsil Nazirliyi qarşısında etiraz aksiyası təşkil edib.

Gənclər Təhsil Nazirliyini fəaliyyətsizlikdə ittiham ediblər və üzərində "Çayxana deyilsiniz, fəaliyyət göstərin!" yazılan plakat açıblar. Bu barədə "Turan" agentliyi məlumat yayıb. 

Tələbələr təhsil sahəsindəki problemlərin həll edilməsini və nöqsanların aradan qaldırılmasını tələb ediblər. Onlar həmçinin ali məktəblərdə mövcud olan "despotiyaya", tələbələrin müraciətlərinə məhəl qoyulmamasına etiraz ediblər.

Aksiya iştirakçılarının bəyanatında deyilir: "Dövlət universitetlərində pulsuz təhsil təmin olunsun, eyni zamanda təhsilin keyfiyyəti artırılsın, tələbələrin problemləri həll edilsin, tələbələrin iqtisadi problemləri nəzərə alınaraq yaşam təqaüdü tətbiq edilsin, eyni zamanda yataqxana problemi həll edilsin, universitetlərdə bullinq və diskriminasiya halları şəffaf şəkildə araşdırılsın, tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və orientasiyasına görə ayrı-seçkiliyə son qoyulsun".

Aksiya iştirakçıları bildiriblər ki, bu məsələlərlə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, heç bir tədbir görülməyib. 
 

 

Baxışların sayı4
facebook icon twitter icon
Հիմա եթերում

Bütün müəllif hüquqları qorunur.

© 2022 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015