Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bu barədə ER Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.
Yaxın zamanlarda delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.
Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.