Ermənistanda son sutkada daha 7 nəfərdə COVID-19 aşkarlanıb, 18 nəfər sağalıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 422 581-ə çatıb.
İndiyədək 410 124 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 2162 aktiv koronavirus xəstəsi var.