Gürcüstanda son sutkada koronavirusa 3 115 yeni yoluxma faktı təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 11 767 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər isə vəfat edib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 1 619 274 nəfərdə aşkarlanıb. Onların 1 529 623-ü sağalıb, 16 274-ü isə ölüb.