Ermənistanda son sutkada daha 3956 nəfərdə COVID-19 aşkarlanıb, 5276 nəfər sağalıb.
Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 374 878-ə çatıb. İndiyədək 341 355 pasiyent infeksiyadan sağalıb.
Ümumi olaraq 2 744 536 test aparılıb.