Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda olan xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filipo Qrandi ilə görüşüb.
Ararat Mirzoyan Azərbaycan-Türkiyə təcavüzü nəticəsində yaranmış vəziyyəti və humanitar problemləri təqdim etdi. O, xüsusilə didərgin salınmış Artsax ermənilərinin vətənlərinə qayıtmaları və ehtiyaclarını ödəmələri üçün şəraitin yaradılmasının vacibliyini vurğuladı.
ER xarici işlər nazir beynəlxalq təşkilatlar tərəfindən Artsaxda humanitar missiyanın həyata keçirilməsinin vacibliyini vurğuladı və Azərbaycan tərəfindən bu məsələlərin siyasiləşdirilməsini və süni əngəllərin yaradılmasını qəbuledilməz hesab etdi.