Baş nazir Nikol Paşinyan Rusiya Fövqəladə Hallar naziri Yevgeni Ziniçin vaxtsız ölümü ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərdi.
“Hörmətli cənab Valdimir Vladimiroviç,
Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçin vəzifə borcunu yerinə yetirərkən faciəli şəkildə öldüyü barədə xəbər məni olduqca kədərləndirdi.
Öz adımdan və erməni xalqı adından dərin hüznlə başsağlığı verirəm”,-məktubda qeyd olunub.