• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Cəlal Əliyevin qızının milyonları müsadirə olundu, amma hamısı yox
İctimaiyyət
13:3507 İyl, 2021

Cəlal Əliyevin qızının milyonları müsadirə olundu, amma hamısı yox

Azərbaycandan olan milyonçu DJ və əri milyonlarla funt sterlinq pulu Britaniyaya qanunsuz olaraq Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirdiklərini etiraf etdikdən sonra, onların hesablarında qalan 4 milyon funt sterlinq Britaniya Milli Cinayət Agentliyi (NCA) tərəfindən müsadirə olunub.

AzadlıqRadiosu The Evening Standard qəzetinə istinadla yazır ki, DJ Mikaela Jav səhnə adı ilə tanınan İzzət Cavadova və onun əri Süleyman Cavadovun Santander bankındakı dörd əmanət hesabı müsadirə olunub.

Qəzet yazır ki, azərbaycanlı ər-arvadın pulları, onlar bu vəsaitin 21 ofşor şirkətdən ibarət şəbəkə vasitəsilə və “gizli şəkildə” gətirilməsinə dair ittihamlarla hüquqi mübarizəni dayandırmaq qərarı qəbul edəndən sonra müsadirə edilib.
 
Onlar habelə 2 milyon funt sterlinqi Coutts özəl bankındakı üç hesab da daxil 6 ayrı-ayrı hesabda saxlayırdılar. Lakin NCA uzun sürən və bahalı prosesin başa çatmasına görə işi davam etdirməməyə razılaşıb.
 
Bu barədə razılaşmanı Britaniya Milli Cinayət Agentliyinin vəkili Conatan Holl iyulun 5-də elan edib.
 
O deyib ki, müsadirə olunan dörd bank hesabının hamısı Süleyman Cavadovun adına idi və bu hesablardakı pullar Britaniyaya Azərbaycanın pulyuyan maşını vasitəsilə gətirilmişdi.
 
Vəkil əlavə edib ki, pulun qanunsuz şəkildə Britaniyaya gətirilməsi və bu zaman onların mənşəyinin gizlədilməsi üçün balıqqulağı şirkətlərdən istifadə olunub.
 
Holl bildirib ki, müsadirə olunan pullar agentliyin nəzərdə tutduğu 6.4 milyon funtdan az olsa da, NCA qalan pulun da müsadirəsi məqsədilə işin davam etdirilməsi üçün bütün xərc və riskləri nəzərə almalı olub.
 
Onun sözlərinə görə, qalan pulların da müsadirə olunan pullar kimi mənşəyə malik olduğu ehtimal edilir.
 
Vəkil bildirib ki, 4 milyon funt sterlinqin müsadirəsi barədə qərar “mühüm və əhəmiyyətli” uğurdur.
 
Cavadovların vəkili Ceyms Lyuis deyib ki, onun müştəriləri dörd hesabdakı pulun pulyuyan maşından gəldiyini etiraf etsələr də, heç bir qanunsuz iş görmədiklərini bildiriblər.
 
Hakim Vanessa Bareytser bu məhkəmə razılaşmasını hökmü ilə təsdiq edib.
 
The Evening Standard qəzeti yazır ki, NCA-in bu sövdələşməni uğur elan etməsinə baxmayaraq müsadirə olunmuş 4 milyon agentliyin başlanğıcda iddia etdiyi 14 milyondan çox azdır.
 
Məqalədə deyilir ki, pulun qalan hissəsi artıq cütlüyün hesablarından çıxıb və həmin vəsait bu məhkəmə sövdələşməsinin hədəfi olmayıb.
 
Azərbaycanlı cütün adlarının açıqlanması üçün iki il məhkəmə mübarizəsi aparmış The Evening Standard iddia edir ki, ər-arvadın adlarına Londonda milyonlarla dəyəri olan mülkiyyətin olmasına baxmayaraq, qalan pullar barədə heç bir izahat verilməyib.
 
Qəzet yazır ki, NCA guya polad ixracı üçün ümumilikdə ödənmiş 500 milyon funt sterlinqlik qəbzlərin saxta olduğunu bildirmişdi.
 
Qeyd edək ki, İzzət Cavadova Azərbaycan prezidenti İlham Əliyevin əmisi, Cəlal Əliyevin qızıdır.
 
Qəzet yazır ki, o Londona azı on il əvvəl gəlib və Britaniya Daxili İşlər Nazirliyi vizanı ona sərvətinə görə verib.
 
Qəzetin yazdığına görə, o Londonda “Love the Underground Records” adlı şirkət yaradıb və London və İbizada keçirilən məclislərdə DJ Mikaela Jav səhnə adı ilə çıxış edib.
 
İzzət Cavadovanın əri Süleymanın atası Azərbaycan enerji nazirinin keçmiş müavini Gülməmməd Cavadovdur.
 
Cütlük vəkilləri vasitəsilə məhkəməyə təqdim etdikləri sənədlərdə böyük sərtvətlərini Azərbaycanda otellərinin, böyük ticarət mollarının, araq, konyak və sampan buraxan zavodlarının və çox sayda mülklərinin olması ilə izah edirdilər.
 
Onlar habelə bunu da iddia edirdilər ki, sərvətləri onlara zəngin əcdadlarından miras qalıb. Onların hesablarına 6 il 8 ay ərzində 13.8 milyon funt sterlinq köçürülüb.
 
 
Baxışların sayı26
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Ruben Rubinyan və Marçin Bosatski Ermənistan-Polşa əməkdaşlığını müzakirə ediblər 17:3210 Sen, 2026
  • Kosmik və aerokosmik texnologiyalar strateji prioritetdir: Baş nazir 16:4210 Sen, 2026
  • TŞ katibi və İsveçrə səfiri iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər 15:3510 Sen, 2026
  • Polşa Seyminin Polşa-Ermənistan Dostluq Qrupunun nümayəndə heyəti Parlamentdə olub 14:1110 Sen, 2026
  • Putinlə əla söhbətim oldu. O, razılaşmanı imzalamaq istəyir: Tramp 12:1210 Sen, 2026
  • Rusiya və Türkiyə Cənubi Qafqaz və Orta Asiyadakı vəziyyəti müzakirə etdilər 11:3610 Sen, 2026
  • Aİ Məhkəməsi Macarıstanın Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadəsinə qarşı iddiasını rədd edib 16:3409 Sen, 2026
  • Parisə çatdıq: Baş nazir video yayımladı 15:2109 Sen, 2026
  • Rubio Ukrayna münaqişəsinin həlli üçün əlavə təşəbbüslər inkişaf etdirməyi mümkün hesab edir 14:5809 Sen, 2026
  • AB Kiyevə kredit vasitəsilə Patriot raketləri almağa icazə verib 14:1509 Sen, 2026
  • Fransanın Ermənistana yeni təyin olunmuş səfiri Florian Eskudye Erməni Soyqırımı Memorial Kompleksini ziyarət etdi 11:4809 Sen, 2026
  • ER Parlamentinin sədri və Braziliya səfiri iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər 11:0709 Sen, 2026
  • Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb 08:4909 Sen, 2026
  • Gevorq Papoyan Dubaydakı ən böyük pərakəndə satış şəbəkəsi “Bluemart”ın rəhbərliyi ilə görüşüb 17:0408 Sen, 2026
  • Şimali Makedoniya ilə siyasi dialoqun aktivləşdirilməsinə əhəmiyyət veriri: Nikol Paşinyan 16:5308 Sen, 2026
  • Ermənistan və Özbəkistan xarici işlər nazirlərinin müavinləri ikitərəfli münasibətlərdə hüquqi və müqavilə bazalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər 15:1708 Sen, 2026
  • Enerji dayanıqlığının gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi ER hökumətinin prioritetləri arasındadır: Mirzoyan 14:1108 Sen, 2026
  • Qazaxıstan Ermənistan Baş nazirinə aid edilən məlumatları təkzib edir 12:2708 Sen, 2026
  • Taşa Harris Böyük Britaniyanın Ermənistan üzrə yeni Ali Komissar müavini təyin edilib 11:3808 Sen, 2026
  • Ararat Mirzoyan Latviya Seym sədri ilə görüşüb 09:5108 Sen, 2026
  • Qazaxıstan sosial şəbəkəsində Ermənistanın Baş nazirinə aid edilən ifadələr saxtadır 17:1607 Sen, 2026
  • Ermənistan bütün Baltikyanı ölkələrlə tərəfdaşlığını ardıcıl olaraq genişləndirir: XİBTN 16:5907 Sen, 2026
  • Ararat Mirzoyanın Riqadakı rəsmi müzakirələri Latviya xarici işlər naziri ilə təkbətək görüşlə başlayıb 16:1007 Sen, 2026
  • Putin-Paşinyan görüşü diplomatik kanallar vasitəsilə razılaşdırılacaq: Peskov 15:4907 Sen, 2026
  • Xudatyan və Kvrivişvili nəqliyyat və enerji sektorlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər 15:3007 Sen, 2026
  • Gevorq Papoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dubayda keçirilən 15-ci İllik İnvestisiya Görüşündə iştirak edir 14:2607 Sen, 2026
  • Sərhəd keçid məntəqələrinin açılması Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır: Birgə bəyanat 12:3107 Sen, 2026
  • Rubinyan və İsveçrə səfiri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər 12:0007 Sen, 2026
  • Səfir Marqaryan və Litva Seyminin sədr müavini Parlamentlərarası əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər 11:3205 Sen, 2026
  • Azərbaycan Ermənistana yanacaq çatdıracaq 11:2105 Sen, 2026
  • ER ərazi idarəetmə naziri və Çexiya nəqliyyat naziri aviasiya, dəmir yolu və avtomobil sektorlarında əməkdaşlıq imkanlarını müzakirə ediblər 17:3304 Sen, 2026
  • ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı 16:0904 Sen, 2026
  • Parlamentin və Qətər səfiri regional məsələləri və inkişafları müzakirə etdilər 13:2704 Sen, 2026
  • Nikol Paşinyan Serdar Berdimuhamedovu COP17 çərçivəsində liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət etdi. 11:2604 Sen, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015