“25 mayda ER Geğarkunik rayonunun Verin Şorja kəndi istiqamətində Azərbaycan SQ-i tərəfindən açılmış atəş nəticəsində ER hərbi qulluqçusu Gevorg Xurşudyan ölümcül yaralanıb.
Azərbaycanın BMT-yə üzv olan Ermənistanın suveren ərazisinəaçıq silahlı təcavüzün qətiyyətlə qınayırıq. Bu beynəlxalq hüquq normalarının pozulmasıdır.
Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Azərbaycan silahlı qüvvələrini Ermənistanın suveren ərazisindən çıxarmaqdan imtina edərək vəziyyəti daha da gərginləşdirir və regional təhlükəsizlik və sabitliyə xələl gətirir.
Ermənistanın suveren ərazisində Azərbaycan tərəfindən hərbi əməliyyatların aparılması Ermənistan Respublikasına suverenliyini və ərazi bütövlüyünü qorumaq və əhalinin təhlükəsizliyini təmin etmək üçün lazımi və adekvat addımlar atmaq hüququ verir.
Azərbaycanın Ermənistandakı qanunsuz hərbi əməliyyatlarını yalan məlumatlar yaymaqla ört-basdır etməyə çalışması diqqət çəkir. Erməni tərəfi bu ölümcül hadisənin bütün şərtlərini öyrənmək üçün beynəlxalq araşdırma aparmağa hazırdır”,-XİN bəynatında deyilir.