• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Siyasət 12:1017 May, 2021

Bizim mövqeyimiz aydındır - azərbaycanlı hərbçilər ER ərazisini tərk etməlidir: Nikol Paşinyan

ER Baş naziri səlahiyyətini icra edən Nikol Paşinyanın rəhbərliyində Təhlükəsizlik Şurasının iclası keçirildi.
 
İclasın əvvəlində Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə və onun həlli üçün atılan addımlara toxundu.
 
Nikol Paşinyan çıxışında qeyd edib:
 
“Hörmətli həmkarlarım, Təhlükəsizlik Şurasının bugünkü iclasında son günlərdə olduğu kimi,  Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etməliyik. Mayın 12-dən sonra, Azərbaycan silahlı qüvvələrinin əsgərləri Ermənistanın sərhəd xəttini keçdilər. Hadisələrin dinamikası belə olub: Bu ayın 14-dən başlayaraq bəzi   hərbi qulluqçular ER ərazisindən çıxdılar. Oxşar proses eləcə də dünən axşam baş verib və bu gün də baş verə bilər. Ümumiyyətlə, hərbi-siyasi vəziyyətin ayın 12-dən sonra dəyişmədiyini düşünürəm. Yəni, hərbi-siyasi baxımdan böyük dəyişiklik olmadı. Bəzi qruplar gedib. Amma bundan vəziyyət dəyişilməyib.
 
Bu nə deməkdir? Bu o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərini işlətməyə davam etməliyik, Ermənistan-Rusiya ittifaq mexanizmlərini işə salmağa davam etməliyik. Bizim mövqeyimiz aydındır - azərbaycanlı əsgərlər Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər”.
 
Nikol Paşinyan qeyd edib ki, Ermənistan Respublikası heç vaxt dəhliz məsələsini müzakirə etməyib və etməyəcəkdir. Keçirilmiş müzakirələr isə ictimaiyyət üçün açıq olub. 
 
“Demək istərdim ki, bölgədə  kommunikasiyaların açılması siyasi gündəmimizdədir, amma bunun bu gün Azərbaycanda və Ermənistanda müəyyən siyasi dairələr tərəfindən təbliğ olunmağa davam edən “dəhliz” təbliğatı ilə heç bir əlaqəsi yoxdur.
 
Vurğulamaq istədiyim növbəti məsələ sərhədləri dəqiqləşdirmə prosesidir. Kommunikasiya yollarının açılması və sərhədlərin dəqiqləşdirilməsi prosesi həm Ermənistana, həm də Azərbaycana lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi baxımından belə bir incəlik  mövcuddur: Son vaxtlar Azərbaycan təbliğatı sərhəd dəqiqləşdirilməsi prosesinin ikili formatda aparılması lazım olduğunu bildirir. Ancaq, Ermənistanla Azərbaycanın bir-biri ilə münasibətləri olmadığı üçün belə bir şey ola bilməz. Kommunikasiyanın açılması və sərhədlərin müəyyənləşdirilməsi prosesi bir neçə dəfə razılaşdırılmış üçlü formatda baş verməlidir. Fikrimcə, Azərbaycan silahlı qüvvələrinin hərbi-siyasi rəhbərliyinin əməllərinin məqsədi həmin razılaşmaların pozulmasıdır.
 
Gələcək işlər barədə dünən gedən danışıqlar, çərşənbə günü davam edəcəkdir. Danışıqların bir mövzusu var - Azərbaycan silahlı qüvvələrinin əsgərləri Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər. Bu baş verənə qədər vəziyyəti Ermənistan Respublikasının suverenliyinə, sabitliyinə və ərazi bütövlüyünə təhlükə yaradan bir böhran kimi dəyərləndiririk”.
 
Paşinyanın sözlərinə əsasən, problemin siyasi yollarla həllini tapmaq üçün hərəkətə keçməliyik, nəticə olmadığı zaman isə, hərbi-siyasi mexanizmlər eyni məntiqdə tətbiq olunmalıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi və Ermənistan-Rusiya sazişləri ilə nəzərdə tutulan funksiyalar və bu sazişlər məhz belə hallar üçün hazırlanmışdır və biz leqitim hüquqdan  istifadə edərək həmin prosesslərə start verməyə təşəbbüs etmişik. 
 
Baxışların sayı1258
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Rusiyanın NATO-ya hücum təhlükəsi görmürük։ Tramp 16:3628 Avq, 2026
  • Mher Qriqoryan və Avrasiya İqtisadi Birliyinin naziri texniki tənzimləmə sahəsindəki məsələləri müzakirə ediblər 15:1528 Avq, 2026
  • Lavrov Ermənistan tərəfinin “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı açıqlamaları barədə 13:3128 Avq, 2026
  • Ararat- Armenia Avropa Liqasına vəsiqə qazandı 11:2728 Avq, 2026
  • Müdafiə Nazirliyinin inzibati kompleksində "Hərbi hissələrdə görülən işlər və hərbi intizamın möhkəmləndirilməsi" mövzusunda məsləhətləşmə keçirilib 17:2427 Avq, 2026
  • Paşinyan və Kobaxidze Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər 16:0927 Avq, 2026
  • Yerevan hələ ki, Avropaya inteqrasiya istəklərini AİB ilə əlaqələndirməyi zəruri hesab etməyib: Zaxarova 15:3927 Avq, 2026
  • Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə elektrik enerjisinin idxalı və satışı mövzusunu müzakirə edirik: Paşinyan 14:4427 Avq, 2026
  • ER Xarici İşlər Nazirliyi Nepal və Çində baş verən daşqınlarda həlak olanların ailələrinə başsağlığı verib. 11:5227 Avq, 2026
  • Ermənistan Respublikasının Polşada hərbi attaşesi olacaq 10:2727 Avq, 2026
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015