ER parlamentinin xüsusi iclası başladı. Gündəmdə ER Baş nazirinin seçilməsi məsələsidir. Yeganə namizəd Nikol Paşinyandır. Onun namizədliyi "Mənim Addım" fraksiyası tərəfindən irəli sürülüb. Bu gün parlamentin ikinci dəfə Baş nazir seçməyəcəyi gözlənilir və ER Konstitusiyasına görə, parlament qanun qüvvəsi ilə buraxılacaq.
Xatırladaq ki, 25 apreldə Nikol Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün ER Baş naziri vəzifəsindən istefa etdi. Parlamentin 3 may tarixli xüsusi iclasında Nikol Paşinyan Ermənistan Respublikasının Baş naziri seçilmədi.