Ermənistanda son sutkada koronavirusa 493 yoluxma qeydə alınıb, 452 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 217900-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 178 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 201559 nəfər sağalıb. Hazırda 11134 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1000 909 test aparılıb.