Martın 27-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Tərəflər, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda göstərilən müddəaların tətbiqinə toxunublar.
Epidemiya ilə mübarizədə atılan addımlar, bu istiqamətdə əməkdaşlıq, eləcə də enerji sahəsində də daxil olmaqla ikitərəfli iqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.