• Հայ
  • Eng
  • РУС
  • Az
Baş nazir Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana getdi Baş nazir Paşinyan iki... 10:34
Ruben Rubinyan Ermənistan Respublikası Parlamentinin 9-cu çağırışının sədri seçildi Ruben Rubinyan Ermənistan Respublikası... 14:32
Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir: Mişustin Ermənistan hökumətinin rusiyalı investorlar... 16:53
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında erməni əsirlərin məsələsi qaldırılıb
Siyasət
15:2226 Mar, 2021

BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında erməni əsirlərin məsələsi qaldırılıb

2021-ci il fevralın 22-dən martın 24-dək BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası keçirilib. 

Sessiyada ER Xİ naziri Ara Ayvazyan da iştirak edib. Nazir Ayvazyan öz çıxışında Ermənistanın İnsan Hüquqları Şurasına üzvlüyün ilk ilindəki fəaliyyətinə toxunaraq, soyqırımların qarşısının alınması, insanlığa qarşı cinayətlərə görə cəzasız qalma və nifrət sözü ilə mübarizəni mühüm sayıb. Artsaxa qarşı müharibə zamanı mülki əhaliyə qarşı Azərbaycanın törətdiyi cinayətlər, o cümlədən Türkiyənin dəstəyi ilə xarici terrorçuların iştirakı təqdim edilib. Nazir, hərbi əsirlərə, mülki insanlara işgəncə, erməni dini və mədəni irsinin məhv edilməsi və digər beynəlxalq qanunların kobud şəkildə pozulması da daxil olmaqla atəşkəsdən sonra davam edən cinayətləri də vurğulayıb. Artsax xalqının ədalət uğrunda öz gələcəyini təkbaşına seçməsi üçün mübarizə aparmasının vacibliyi vurğulanıb.

Fevralın 26-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet şuranın gündəminin 2-ci bəndinə əsasən Dağlıq Qarabağ münaqişəsinə toxunub və xüsusən də bildirib ki, Dağlıq Qarabağa giriş əldə etmək üçün səy göstərməyə davam edir. O qeyd edib ki, bütün beynəlxalq hüquq pozuntuları araşdırılmalı, günahkarlar cəzalandırılmalı və qurbanlara təzminat verilməlidir. İnsan Hüquqları üzrə Ali Komissar həm də vurğulayıb ki, bütün əsir götürmüşlər beynəlxalq hüquqa əsasən qorunmalı və insanpərvər davranılmalıdır.

Bəyanatdan sonrakı ümumi müzakirə zamanı Ermənistan və bir sıra digər ölkələr Artsaxda Azərbaycan tərəfindən əsir götürülmüş hərbçilərin  və mülki şəxslərin hüquqlarının qorunması məsələsini qaldırdılar. Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Lixtenşteyn, Portuqaliya AB-a üzv iyirmi yeddi dövlətin adından, Ermənistan ümumilikdə 34 ölkə adından danışaraq məsələyə toxunublar. 

İnsan Hüquqları Şurasının 46-cı sessiyası zamanı Ermənistan 6 qətnamənin müəlliflərindən biri olub və təcili insan hüquqları məsələləri ilə bağlı 11 birgə bəyanata qoşulub.

Sessiyada ER-nın BMT-nin Cenevrədəki ofisindəki daimi nümayəndəliyi çıxış edərək, ölkənin insan hüquqları ilə bağlı prioritetlərini təqdim edib. Gündəmin ümumi və ayrı-ayrı müzakirələrində erməni tərəfi Artsaxa qarşı müharibə zamanı Azərbaycanın törətdiyi müharibə cinayətlərini, insan haqlarının və beynəlxalq humanitar hüquqların pozuntularını təqdim edib. BMT-yə üzv dövlətlərin diqqəti Azərbaycanın hərbi əsirlərə, girov götürülmüş mülki şəxslərə qarşı öhdəliklərini yerinə yetirməməsi, yerli erməni dini və mədəni irsinin hədəfi məhv edilməsi, Artsaxa doğru beynəlxalq təşkilatların girişinə maneə olması, köçürülmüş şəxslərin hüquqlarının pozulması siyasətinə və ermənilərə qarşı irqçi, ayrıseçkilik və nifrət dolu münasibətə cəlb edilib. Türkiyənin Artsaxa qarşı müharibədə iştirakı və muzdlu terrorçuların istifadəsi barədə ətraflı məlumat verilib. ER nümayəndələri, Azərbaycanda təməl azadlıqların məhdudlaşdırılmasına, hüquq müdafiəçilərinin təqibinə, qətllərə də toxunublar. ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Artsax xalqının əsas azadlıqlarına hörmət və öz müqəddərat hüququna hörmət əsasında aparılan danışıqlar prosesi yolu ilə erməni tərəfinin münaqişənin sülh yolu ilə həllinə sadiq qalması bir daha təsdiqlənıb. Yuxarıda göstərilən məsələlər üzrə Ermənistanın Daimi Nümayəndəliyi bir sıra müraciətlər, məlumat materialları və hesabatlar paylayıb.

BMT-nin İnsan Hüquqları Şurasının növbəti iclası bu ilin iyun ayında baş tutacaq.

 
Baxışların sayı266
facebook icon twitter icon

Oxşar xəbərlər

  • Avropa Şurasının Cənubi Qafqaz münasibətlərinin nümayəndə heyətinin sədri və məruzəçiləri Azərbaycanı erməni əsirləri azad etməyə çağırıb 22:5923 Mar, 2021 Avropa Şurasının Cənubi Qafqaz münasibətlərinin nümayəndə heyətinin sədri və məruzəçiləri Azərbaycanı erməni əsirləri azad etməyə çağırıb Siyasət
Հիմա եթերում
Xəbər lenti
  • Rusiyanın NATO-ya hücum təhlükəsi görmürük։ Tramp 16:3628 Avq, 2026
  • Mher Qriqoryan və Avrasiya İqtisadi Birliyinin naziri texniki tənzimləmə sahəsindəki məsələləri müzakirə ediblər 15:1528 Avq, 2026
  • Lavrov Ermənistan tərəfinin “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı açıqlamaları barədə 13:3128 Avq, 2026
  • Ararat- Armenia Avropa Liqasına vəsiqə qazandı 11:2728 Avq, 2026
  • Müdafiə Nazirliyinin inzibati kompleksində "Hərbi hissələrdə görülən işlər və hərbi intizamın möhkəmləndirilməsi" mövzusunda məsləhətləşmə keçirilib 17:2427 Avq, 2026
  • Paşinyan və Kobaxidze Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər 16:0927 Avq, 2026
  • Yerevan hələ ki, Avropaya inteqrasiya istəklərini AİB ilə əlaqələndirməyi zəruri hesab etməyib: Zaxarova 15:3927 Avq, 2026
  • Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə elektrik enerjisinin idxalı və satışı mövzusunu müzakirə edirik: Paşinyan 14:4427 Avq, 2026
  • ER Xarici İşlər Nazirliyi Nepal və Çində baş verən daşqınlarda həlak olanların ailələrinə başsağlığı verib. 11:5227 Avq, 2026
  • Ermənistan Respublikasının Polşada hərbi attaşesi olacaq 10:2727 Avq, 2026
  • Referendum keçiriləcəyi təqdirdə, Ermənistan əhalisinin reaksiyası Rusiyanı kədərləndirəcəck: Alen Simonyan 16:3126 Avq, 2026
  • Biz həmişə dürüst olmuşuq, Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç nə etmirik: Parlamentin sədri 14:0826 Avq, 2026
  • Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Moskvaya səfəri haqqında 12:3926 Avq, 2026
  • Ermənistan-Fransa müdafiə əməkdaşlığının nailiyyətləri müzakirə olunub 11:5226 Avq, 2026
  • İran və Oman Hörmüz boğazından müvəqqəti keçidi müzakirə ediblər 11:2926 Avq, 2026
  • Sarqis Xandanyan və NATO-nun Gürcüstandakı Əlaqələndirici Ofisinin rəhbəri ER-NATO tərəfdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar 16:5425 Avq, 2026
  • Rusiya səfiri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin olunması münasibətilə təbrik edib 15:2425 Avq, 2026
  • Laçında Ermənistan və Azərbaycan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə olunub 15:0525 Avq, 2026
  • Gevorq Papoyan və İran səfiri Ermənistan-İran iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər 14:1625 Avq, 2026
  • ABŞ İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çatmayacaq: Mədənizadə 13:0425 Avq, 2026
  • Ermənistan və Uruqvayı birləşdirən güclü dostluq münasibətləri daim inkişaf edir və möhkəmlənir: Nikol Paşinyan 11:4225 Avq, 2026
  • Kreml Londonun SCALP raket texnologiyasını Ukraynaya transfer etmək planlarından narazıdır 16:2624 Avq, 2026
  • Delimitasiya işləri başa çatana qədər davam edir: Nikol Paşinyan 15:2324 Avq, 2026
  • ER Parlamentinin konstruktiv dialoqu davam etdirmək niyyətindədir: Rubinyan Kopirkinə 14:5624 Avq, 2026
  • Biz 2029-cu ilə qədər Aİ ilə viza liberallaşdırılmasına nail olmaq niyyətindəyik. Paşinyan 12:1824 Avq, 2026
  • TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur. Paşinyan 11:4224 Avq, 2026
  • Rusiyadan daha bir yük Gürcüstan və Azərbaycan üzərindən Ermənistana göndəriləcək 11:3122 Avq, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015