Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanı qəbul edib. Diplomatlar iqtisadi, ticarət əlaqələri, investisiyalar, nəqliyyat və logistika məsələlərini müzakirə ediblər, təhlükəsizlik və müdafiə sektorlarına toxunublar.
Fidan və Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son bir ildə əldə edilən irəliləyişlər, eləcə də regional sülhün və əməkdaşlığın təmin edilməsinə yönəlmiş praktik addımlar barədə fikir mübadiləsi aparıblar.