Donald Tramp ABŞ-ın Venesuela ilə dünya tarixində ən böyük neft müqaviləsi imzaladığını elan etdi.
"Mənim göstərişimlə Dövlət Katibi Marko Rubio və Hərbi Katib Pete Hegseth, Venesuelanın çox hörmətli müvəqqəti prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq edərək və özəl müəssisələrlə tərəfdaşlıq yolu ilə, Amerika vergi ödəyicilərinə heç bir xərc çəkmədən, ABŞ-ın 65 milyard bareldən çox təsdiqlənmiş Venesuela neft ehtiyatları üzərində nəzarətini təmin etdilər", - deyə ABŞ prezidenti özünün Truth Social səhifəsində yazıb.
Onun sözlərinə görə, müqavilə ABŞ-ın neft ehtiyatlarını ikiqat artıracaq, neft tədarükümüzü əhəmiyyətli dərəcədə artıracaq və gələcəkdə bütün amerikalılar üçün qaz qiymətlərini aşağı salacaq.
"Bu müqavilə Venesuela ilə ABŞ arasında onsuz da inkişaf edən münasibətləri əhəmiyyətli dərəcədə gücləndirəcək", - deyə Ağ Evin aparat rəhbəri əlavə edib.