Nepalda daşqınlar nəticəsində itkin düşənlərin sayı 2500 nəfərə çatıb. Fəlakətdən bəri 2000-dən çox insanla əlaqə saxlanılmadığı bildirilir. Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Departamentinin son məlumatına görə, onlardan 517-si əcnəbidir.
Daşqınlar nəticəsində ölənlərin sayı da 616-ya çatıb. Ölkə polisi həmçinin bildirib ki, onlar çoxlu sayda yaralı da daxil olmaqla ən azı 1545 nəfəri xilas ediblər. Xilasetmə işləri daşqınların daha da artması riski səbəbindən çətinləşir.