Donald Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfərini və rusiyalı həmkarları ilə görüş zamanı Retkliffin Moskvanı NATO-ya, xüsusən də Baltikyanı ölkələrə qarşı eskalasiyadan çəkinməyə çağırması xəbərini şərh edib.
ABŞ prezidenti "Axios"a verdiyi müsahibədə Rusiyanın NATO-ya hücum ehtimalı ilə bağlı iddialardan narahat olmadığını bildirib. "Retkliff Moskvaya heç bir tövsiyə və ya xəbərdarlıq etməyib. Biz hücum təhlükəsi görmürük", - deyə Ağ Ev rəhbəri izah edib. Onun sözlərinə görə, MKİ direktorunun Rusiyaya səfəri işgüzar səfər olub və burada qeyri-adi heç nə yox idi.
Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Con Retklifflə görüşdüyünü təsdiqləyib. Qeyd olunub ki, tərəflər kəşfiyyat xidmətlərinin yurisdiksiyası məsələlərini müzakirə ediblər.