Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında telefon danışığı olub.
Həmsöhbətlər Ermənistan-Gürcüstan strateji münasibətlərinin gündəliyi, müxtəlif sahələrdə əməkdaşlığın gedişatı ilə bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan bu ilin oktyabr ayında Ermənistanda Bioloji Müxtəliflik üzrə Konvensiya Tərəflərinin 17-ci Konfransının (COP17) keçirilməsinə toxunub və İrakli Kobaxidzeni COP 17 çərçivəsində keçiriləcək Liderlər Zirvəsində iştirak etmək üçün Ermənistana dəvət edib.
Gürcüstanın baş naziri dəvəti məmnuniyyətlə qəbul edib.