ER Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Nepal və Çində baş verən dəhşətli daşqınlar və çoxsaylı qurbanlar və dağıntılar xəbəri bizi dərindən kədərləndirib.
"Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və bütün yaralıların tezliklə sağalması üçün dua edirik".
Daha əvvəl media orqanları Nepal və Çində baş verən böyük daşqınlar nəticəsində ölənlərin sayının 160-ı keçdiyi barədə məlumat vermişdi. 820-dən çox insan itkin düşüb.
Reuters agentliyinin məlumatına görə, onlardan təxminən 500-ü 28 ölkədən olan əcnəbidir. Təhlükəsizlik işçiləri də yaralanıb.