Ermənistanın enerji sektoruna investisiyalarını nəzərə alaraq, zəruri hallarda, Azərbaycan da daxil olmaqla, istənilən yerdən elektrik enerjisi idxal etmək imkanının olub-olmadığını əlavə olaraq anlamalıyıq. Baş nazir Nikol Paşinyan bunu brifinq zamanı iki ölkənin enerji nazirlikləri arasında Laçında keçirilən son görüşdə müzakirələrə toxunaraq bildirib.
Jurnalist Ermənistanın Azərbaycan elektrik enerjisini idxal edəcəyini və ya satış perspektivinin açılıb-açılmadığını soruşub.
"Biz Gürcüstanla belə bir mövzunu müzakirə edirik, İran İslam Respublikası ilə belə bir mövzunu müzakirə edirik, Türkiyə ilə belə bir mövzunu müzakirə edirik.
Bundan əlavə, bilirsiniz ki, Aİ tərəfindən maliyyələşdirilən bir layihə var və Gürcüstanla sərhəddə elektrik enerjisinin ixrac-idxalını daha da artırmaq üçün çevirici stansiya tikilir", - Paşinyan deyib.
Xatırladaq ki, 25 avqust 2026-cı il tarixində Laçın şəhərində Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və Ermənistanın "Elektrik Sistemi Operatoru" şirkətinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin və Azərbaycanın "Azərenerji" şirkətinin nümayəndələri arasında işçi görüş keçirilib. Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.
Görüş zamanı tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də dövlət sərhədində iki dövlətin enerji infrastrukturlarının birləşdirilməsi üçün mümkün variantları müzakirə ediblər.