8 avqust 2026-cı ildə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı tərəflər 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda keçirilən və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olduğu, eləcə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflandığı Sülh Zirvəsinin birinci ildönümü münasibətilə fikir mübadiləsi aparıblar.
Tərəflər Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları hökumətinin sülh prosesinin irəliləməsindəki mühüm rolunu xüsusilə qeyd ediblər.
Tərəflər son bir ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında əldə edilən irəliləyişləri qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı sülhün faydalarının real təzahürü kimi vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycan neft məhsullarının Ermənistana ixracını, eləcə də tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.
Tərəflər həmçinin Vaşinqtonda əldə edilən razılaşmalara uyğun olaraq TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər sülh prosesinin təşviqi və regionda uzunmüddətli sülh, sabitlik, əlaqə və iqtisadi əməkdaşlığın təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.