Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ilə telefon danışığı aparıb.
Kremlin məlumatına görə, liderlər Fars körfəzindəki vəziyyəti ətraflı müzakirə ediblər. Region dövlətlərinin qanuni maraqları nəzərə alınmaqla, onun həlli ilə bağlı mümkün qədər tez razılaşmaların əldə edilməsinin vacibliyi vurğulanıb.
Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
“Rusiya və Ukrayna arasında hərbi əsirlərin və saxlanılanların mübadiləsinin təşkilində göstərdiyi köməyə görə BƏƏ rəhbərliyinə minnətdarlıq bildirilib. Telefon danışığı konstruktiv, dostcasına keçib və Rusiya-Əmirlik çoxşaxəli əməkdaşlığının daha da inkişaf etdirilməsində qarşılıqlı marağın təsdiqləndiyini bildirib”, - Kremlin məlumatında deyilir.