Türkiyə prezidenti Səudiyyə Ərəbistanına bir günlük işgüzar səfərə yola düşüb. Rəcəb Tayyib Ərdoğan vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən qəbul edilib.
Pakistanın Baş naziri Şehbaz Şərif də Səudiyyə Ərəbistanındadır.
Danışıqlardan sonra tərəflər üçtərəfli müdafiə sazişi imzalayıblar. Ankara sənədin yalnız müdafiə məqsədləri üçün qarşılıqlı yardımı nəzərdə tutduğunu bildirib.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı sazişlər heç bir ölkəyə qarşı yönəlməyib və regiondakı digər ölkələr də sazişə qoşula bilərlər.
Media yazır ki, sazişin əsas müddəalarından biri kollektiv müdafiə prinsipidir və buna görə də tərəflərdən birinə silahlı hücum bütün tərəflərə hücum hesab ediləcək.