ABŞ-da səfərdə olan İraqın Baş naziri Əli əl-Zeydi cümə axşamı günü prezident Donald Trampın atəşkəs təklifini Tehrana çatdırdı, lakin rədd edildi, The New York Times mənbələrə istinadən xəbər verir.
Qəzet izah edir: “İran rəsmiləri bunun masada olan yeganə təklif olduğunu söylədilər, lakin onların hökuməti Hörmüz boğazına nəzarət məsələsini həll olunmamış qoyan müvəqqəti razılaşmada maraqlı deyildi”.
İran mediasının məlumatına görə, İraqın baş naziri cümə axşamı yüksək vəzifəli nümayəndə heyəti ilə Tehrana gəlib. O, prezident Məsud Pezeşkian, Parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Cümə axşamı günü İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın hərbi arsenalını doldurmaq üçün istifadə edə biləcəyi atəşkəs rejiminə artıq icazə verməyəcəyini açıqlayıb.