Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Qətərin paytaxtı Dohaya səfər edib. Bu gün orada ABŞ-İran danışıqlarının keçirilməsi gözlənilir. CNN iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, "Vitkoff hazırda Dohaya gedir".
Vitkoffu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi dəqiqləşdirilməyib. ABŞ prezidenti ad çəkmədən jurnalistlərə bildirib ki, onlar artıq Qətərə gediblər və ya gedirlər.
"Bəlkə bu görüş vacib olacaq, bəlkə də vacib deyil, görərik",- Tramp əlavə edib.