Avropa Şurası Parlament Assambleyası 24 iyunda yeni bir qətnamə qəbul edib. Qətnamədə Azərbaycanda müxalifətin sistematik şəkildə boğulması ilə bağlı ciddi narahatlıq ifadə edilib, ölkənin Mətbuat Azadlığı İndeksində aşağı reytinqi vurğulanıb və media, siyasi partiyalar və QHT-lərə qarşı məhdudlaşdırıcı qanunvericilik çərçivəsi sənədləşdirilib.
Hesabatda Azərbaycanın Assambleyanın işində iştirak etməməsi pisləniliib və qeyd edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan insan hüquqları öhdəliklərini yerinə yetirməsini tələb edən çoxsaylı qərarları var.
Qətnamədə siyasi məhbusların dərhal azad edilməsi və jurnalistlərə qarşı sui-istifadə hallarının lazımi şəkildə araşdırılması tələb olunur. Eyni zamanda, qurum üzv dövlətləri və müşahidəçiləri onların azad edilməsini təmin etmək üçün diplomatik tədbirlər görməyə çağırır.
Sənəddə həmçinin beynəlxalq təşkilatlar qaçqın Azərbaycan fəallarına sığınacaq verilməsində kömək etməyə və siyasi motivli ekstradisiyaları rədd etməyə çağırılır.
Assambleya Azərbaycanın demokratik normalara riayət etməsini izləmək niyyətindədir.
Mədəniyyət, Elm, Təhsil və KİV komitəsi tərəfindən hazırlanmış sənəd 68 deputatın lehinə, 8 deputatın əleyhinə və 6 deputatın bitərəf qalması ilə səs verilib.