9 iyun tarixində Özbəkistanın sədrliyi ilə Minskdə MDB üzvü olan dövlətlərin Xarici İşlər Nazirliklərinin Konsulluq Xidmətləri Rəhbərlərinin Məşvərət Şurasının 33-cü iclası keçirildi və Ermənistan Respublikasının nümayəndə heyəti videokonfrans vasitəsilə iştirak etdi. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Rusiya Federasiyası və Türkmənistan Xarici İşlər Nazirliklərinin nümayəndə heyətləri, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndəsi iştirak etdi. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Ermənistan tərəfini ER Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Artur Petrosyan təmsil edib.