10-11 iyun tarixlərində ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə Avropa Komissiyasının qərargahında keçirilən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin İcra Akademik Şurasının iclasında iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Tədbir zamanı general-mayor Artur Yeroyan ER Ordusunun transformasiyası çərçivəsində hərbi təhsil və təlim sahələrində həyata keçirilən islahatları təqdim edib.
Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasının rəisi general-mayor Arsen Manqasaryan və ER Müdafiə Nazirliyinin NATO və AB ilə hərbi təhsil sahəsində əməkdaşlığı üzrə koordinatoru Tiqran Harutyunyan da çıxış ediblər.
Brüsselə səfəri çərçivəsində Ermənistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti NATO-nun qərargahında Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Direktorluğunun rəhbəri Piers Kazalet ilə müdafiə sektorunda mövcud proqramlar və əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə etmək üçün görüşüb.