Baş nazir Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolunun hər iki xəttinin artıq fəaliyyətdə olduğunu xatırlatdı.
“Mən həmçinin bu mövzuda Gürcüstanın Baş naziri ilə danışdım və o, mənə hər iki istiqamətdə heç bir problem yaranmayacağına əminlik verdi. Biz bu mövzuda Türkiyə Prezidenti ilə də danışdıq.
Ümid edirik ki, Ermənistan-Türkiyə dəmir yolu da ən qısa zamanda açılacaq. Əlbəttə ki, TRIPP layihəsi çərçivəsində imkanlar xeyli artacaq”, - deyə o bildirib.
Baş nazir qeyd edib ki, hökumət həmişə bazarların şaxələndirilməsi üzərində işləyib və indi bu siyasət öz bəhrəsini verir.