Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra Yerevana qayıtdı və işini davam etdirdi. TASS bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, o, Rusiya Günü münasibətilə qəbul keçirəcək.
May ayının sonunda Kopırkin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması istiqamətindəki hərəkətləri ilə bağlı məsləhətləşmələr üçün Moskvaya çağırılıb.