Ermənistan Respublikasında Parlamentə növbəti seçkilər başlayıb. Səhər saat 08:00-da 2005 seçki məntəqəsi işə başlayıb.
ER seçici siyahısına daxil edilmiş seçicilərin ümumi sayı 2.485.851 nəfər olub, onlardan yer üzrə seçki məntəqələrinə daxil edilmiş seçicilərin sayı 22.734, qeydiyyatsız seçicilərin sayı 492, seçki məntəqələrinə göndərilmiş polis əməkdaşlarının sayı 5.239, stasionar müalicə göstərən tibb müəssisələrində seçicilərin ümumi sayı 627, hərəkət çətinliyi olan seçicilərin sayı isə 8 nəfərdir.
Seçki məntəqələri saat 20:00-dək 12 saat fəaliyyət göstərəcək.
Parlament seçkilərində 18 siyasi qüvvə iştirak edir: 2 partiya və 16 partiyadan ibarət koalisiya.