2 iyun tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Latviyanın xarici işlər naziri Baiba Braje ilə telefon danışığı aparıb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Həmsöhbətlər Ermənistan və Latviya arasında ikitərəfli tərəfdaşlığın davamlı olaraq gücləndirilməsi məsələlərini müzakirə ediblər. Bu məsələdə siyasi səviyyədə ifadə edilən hazırlıq nəzərə alınmaqla, iqtisadi sahədə əməkdaşlığın aktivləşdirilməsi vurğulanıb.
Ararat Mirzoyan və Baiba Braje Ermənistan-AB tərəfdaşlığının strateji gündəliyinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi apaıblar.
Ermənistan və Latviya xarici işlər nazirləri demokratik prosesləri hədəf alan müxtəlif hibrid hərəkətlərə və onların effektiv əks-təsirinə toxunublar.