Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik etdi. Təbrikdə deyilir:
"Hörmətli Nikol Vovayeviç,
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi olaraq dostluq münasibətləridir. Biz onların daha da inkişafında maraqlıyıq.
Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram.
Hörmətlə, Vladimir Putin."