İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İran hava məkanını pozan ABŞ pilotsuz təyyarəsinin vurulduğunu bildirib.
İran qüvvələrinin daha bir pilotsuz təyyarəni və bir F-35 qırıcı təyyarəsini vuraraq onları ölkənin hava məkanını tərk etməyə məcbur etdiyi bildirilir. İİKK atəşkəs pozuntularına adekvat cavab vermək hüququnu özündə saxladığı barədə xəbərdarlıq edib.
İran mediasının məlumatına görə, ABŞ-ın hücumu nəticəsində dörd hərbçi həlak olub, lakin hakimiyyət orqanları hələlik bu məlumatı rəsmi olaraq təsdiqləməyib.