Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ konqresmeni Robert Aderholt ilə görüşüb. Bu barədə səfirlik məlumat verib.
Görüş zamanı Ermənistan-ABŞ ikitərəfli gündəliyinin əsas istiqamətləri və mövcud əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.
Tərəflər münasibətlərin ardıcıl inkişafını vurğulayıb və iki ölkə arasında tərəfdaşlığın inkişafı naminə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıblar.