Fransanın İl-de-Frans bölgəsinin vitse-prezidenti Stefan Bodenin rəhbərlik etdiyi nümayəndə heyəti 20 mayda Fransanın Ermənistan Respublikasındakı səfiri Olivye Dekotininin müşayiəti ilə Erməni Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Stefan Bode Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edən abidəyə əklil qoyub, daha sonra nümayəndə heyətinin digər üzvləri əbədi məşəlin önünə gül dəstələri qoublar və Erməni Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra qonaqlar Erməni Soyqırımına etiraz olaraq səslərini ucaldan bir sıra ziyalıların, siyasi və ictimai xadimlərin məzarlarından götürülmüş torpaqla dolu kiçik bankaların qoyulduğu Xatirə Divarına yaxınlaşıblar.
Nümayəndə heyəti həmçinin Erməni Soyqırımı Muzeyini gəzib və səfərin sonunda Stefan Bode Fəxri Qonaqlar Kitabına xatirə qeyd edib.