İran Hörmüz boğazından təhlükəsiz keçmək üçün tanker sahiblərini "gəmi məlumat bəyannaməsi"ni doldurmağa məcbur etmək niyyətindədir. Bu barədə Amerika televiziya kanalı CNN məlumat verib.
40-dan çox sualdan ibarət "bəyannamə" ölkə hakimiyyətinin 5 mayda formalaşdırdığı İran Fars Körfəzi Boğazı İdarəsi (PGSA) tərəfindən hazırlanıb.
Sənəddə, digər məsələlərlə yanaşı, gəminin adı və identifikasiya nömrəsi, əvvəlki adı, eləcə də mənşə və təyinat ölkəsi tələb olunur. Gəmi sahiblərinin, operatorlarının və heyət üzvlərinin vətəndaşlığı, eləcə də daşınan yük barədə məlumat verilməlidir.