ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AB-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Bu barədə Təhlükəsizlik Şurasının Aparatı məlumat verib.
Görüş zamanı tərəflər bu yaxınlarda Yerevnada keçirilən ASB Zirvə görüşünün və ilk Ermənistan-AB Zirvə görüşünün əhəmiyyətini məmnuniyyətlə qeyd ediblər və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ermənistana investisiya qoyuluşları ilə bağlı Avropa şirkətlərinə ünvanladığı ruhlandırıcı sözləri vurğulayıblar.
Həmsöhbətlər həmçinin regional təhlükəsizlik vəziyyətini də müzakirə ediblər.