Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq bildirib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin inkişafına dəstək vermək lazımdır.
“Ermənistan ilə Azərbaycan arasında ticarət və digər əməkdaşlıq sahələrində canlanma müşahidə olunur. Eyni zamanda, iki ölkənin icra hakimiyyəti orqanları səviyyəsində əməkdaşlıq güclənir”, - deyə rəsmi qeyd edib və əlavə edib ki, Azərbaycan və Ermənistan parlamentləri arasında əməkdaşlıq da genişlənir.