Avropa Siyasi Birliyi Zirvəsindən əvvəl, bu gün Avropa Parlamentinin plenar iclasında Ermənistanda demokratik dayanıqlığı dəstəkləyən güclü partiyalararası qətnaməyə görə dərin minnətdarlığımı bildirirəm.
Bunu Slovakiyadan olan Avropa Parlamentinin üzvü və Ermənistan üzrə daimi məruzəçi Miriam Lexmann X səhifəsində yazıb.
Bundan əvvəl Avropa Parlamenti Ermənistanla bağlı 476 səs lehinə, 47 səs əleyhinə və 48 səs bitərəf qalaraq Aİ-nin Ermənistanın demokratik dayanıqlığını, sülh prosesini və Avropaya inteqrasiya istiqamətində islahatları dəstəklədiyini bir daha təsdiqləyən qətnamə qəbul etmişdi.