Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı aparıblar. Kremlin məlumatına görə, tərəflər ikitərəfli münasibətləri və beynəlxalq gündəmi müzakirə ediblər.
"Liderlər Rusiya-Azərbaycan əlaqələrinin konstruktiv xarakter daşıdığını və hökumətlər və ixtisaslaşmış qurumlar arasında dialoqun intensivləşdiyini qeyd ediblər. Qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün qarşılıqlı istək təsdiqlənib", - deyə bəyanatda bildirilir.