Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Federasiya xarici işlər nazirinin müavini Mixail Qaluzin görüşüblər. Tərəflər Bakı-Moskva münasibətləri və ortaq maraq doğuran məsələləri müzakirə ediblər.
Bu yaxınlarda Mixail Qaluzin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tərəfindən qəbul edilib. Rəsmilər siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətləri müzakirə ediblər. Regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunulub. Bayramov və Qaluzin qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.
Bundan əvvəl Bakı və Moskva Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzası ilə bağlı məsələləri həll etmək barədə də razılığa gəliblər. Xatırladaq ki, Bakıdan Qroznıya uçan AZAL təyyarəsi 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Fəlakət nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Moskva kompensasiya ödəməyi öhdəsinə götürüb.