Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir. Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kalas Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib. Görüşdə Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Gürcüstan və Ermənistanla münasibətlər də müzakirə olunacaq.
Aİ-nin ali komissarı qeyd edib: "Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir".