Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Yuta qubernatorluğunda icma və hökumətlərarası əlaqələr üzrə baş məsləhətçi Mayk Mauer ilə görüşüb. Bu barədə səfirlik məlumat verir.
Görüş zamanı səfirin bir neçə ay əvvəl Yuta ştatına işgüzar səfərinin nəticələri və onun çərçivəsində əldə edilən razılaşmalar müzakirə olunub. Xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi üçün dialoqun davamlılığı vurğulanıb.