Qəbələ görüşündə Azərbaycan dövlət mediasında yayılan erməni narativlərinin məsələsini qaldırdıq: Minasyan
Qəbələdə keçirilən görüşdə Azərbaycan dövlət mediasında yayılan erməni narativlərinin məsələsini qaldırdıq.
Erməni Şurası analitik mərkəzinin ekspert köməkçisi Narek Minasyan mətbuat konfransında bunu bildirib: "Müzakirə olduqca müxtəlif idi və ən azından iki hissədə müəyyən fərqlərin olduğunu da qeyd etdik, xüsusən də birincisi dövlət narrativləri və ya yüksək vəzifəli məmurların istifadə etdiyi ritorikadır.
Bir il əvvəlki vəziyyətlə bugünkü vəziyyəti müqayisə etsək və ya sadə monitorinq aparsaq, kəmiyyət və keyfiyyət baxımından müəyyən müsbət tendensiyaların olduğunu görərik. Hər şey idealdırmı? Əlbəttə ki, yox, çünki müəyyən problemli tezislər də vaxtaşırı səsləndirilir.
Təəssüf ki, Azərbaycan dövlət mediası sahəsində eyni müsbət dinamikaya sahib deyilik və bu məsələni qaldırdıq, çünki bunun da problemli olduğuna və heç bir şəkildə sülh məntiqinə uyğun gəlmədiyinə inanırıq.
Onların belə bir problemin olduğunu etiraf etmələri də maraqlı idi”, - deyə o bildirib.