BMT Baş katibi Antonio Quterreş, Misir Xarici İşlər Nazirliyi və Asiya-Sakit Okean bölgəsindəki hökumətlər ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasını alqışlayıblar.
Quterreş “Yaxın Şərqdəki münaqişənin bütün tərəflərini beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə və bölgədə davamlı və hərtərəfli sülhün yolunu açmaq üçün atəşkəsə riayət etməyə çağırıb”.
Misir Xarici İşlər Nazirliyi bildirib ki, Misir Pakistan və Türkiyə ilə birlikdə “bölgədə təhlükəsizlik və sabitliyi gücləndirmək” səylərini davam etdirəcək. Qahirə həmçinin ABŞ və İran arasında danışıqların “Körfəz dövlətlərinin qanuni təhlükəsizlik maraqlarını nəzərə almalı” olduğunu bildirib.
ABŞ-İran iki həftəlik atəşkəs razılaşmasını Avstraliya, Yeni Zelandiya, Yaponiya və Malayziya da dəstəkləyib.