8 apreldə ER iqtisadiyyat naziri Gevorq Papoyan ABŞ və AB-yə ixrac edən şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşdə nazir müavini Anuşik Avetyan da iştirak edib. Bu barədə ER İqtisadiyyat Nazirliyi məlumat verib.
Görüş zamanı nazir iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini və hökumətin iş adamlarına Ermənistan məhsullarını yeni və daha geniş bazarlarda, xüsusən də ABŞ, AB, Kanada və bir sıra digər istiqamətlərdə təqdim etməkdə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Gevorg Papoyan qeyd edib ki, hökumətin prioritetlərindən biri yerli istehsalçılar üçün daha əlverişli şərait yaratmaqla yanaşı, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaqdır.
İştirakçılar fəaliyyətləri zamanı rast gəlinən əsas problemləri təqdim ediblər və müvafiq izahatlar və tövsiyələr verilib.