Bölgədə hərbi əməliyyatlar davam edir. Tehranda partlayış səsləri eşidilir. İranın Şəhriyar Pərdis şəhərləri vurulub, itkilər bildirilib.
Səudiyyə Ərəbistanını Bəhreynə bağlayan rabitə körpüsü İranın hücum təhlükəsi səbəbindən bağlanıb.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, 28 fevralda hərbi əməliyyat başlayandan bəri İranda 13 mindən çox hədəf məhv edilib.
İsrail İran vətəndaşlarını qatarlardan istifadə etməməyə və saat 21:00-dan sonra dəmir yollarına yaxınlaşmamağa çağırıb, çünki bu, onların həyatlarını təhlükəyə ata bilər.